
“ABŞ Silahlı Qüvvələri Tayvanı müdafiə edəcək” - Bayden
“Olası Çin işğalı zamanı ABŞ Silahlı Qüvvələri Tayvanı qoruyacaq”.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden CBS kanalına müsahibəsi zamanı bildirib.
Jurnalistin, “hətta Çin Tayvanı işğal etsə də, onu müdafiə edəcəksiniz?” sualını cavablandıran Bayden qeyd edib: “Bəli, əslində misli bərabəri olmayan bir hücum olsa da edəcəyik”.
Bayden həmçinin qeyd edib ki, rəsmi Vaşinqton Tayvanı müstəqillik hərəkətlərini artırması üçün təşviq etmək niyyətində deyil: “Uzun müddət əvvəl imzaladığımız razılaşmalara sadiqik. Tayvan öz müstəqilliyi barədə öz qərarlarını verir. Biz nəyəsə müdaxilə etmirik. Bu tamamilə onların öz qərarlarıdır”.
Busaat.az























