Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 503 $▲0.61%
  • Ethereum1 810 $▲2.37%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ Suriyada separatizmi dəstəkləyir – Rusiya

image-zaxarova
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Suriyadakı terror təşkilatı PKK/YPG liderlərinin separatçı istəklərini dəstəkləyir.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiyanın Suriyadakı terror təşkilatı PKK/YPG-yə bu ölkənin şimalındakı torpaqları tərk etməsi üçün təzyiq edib-etməməsi sualını cavablandıran Zaxarova, PKK/YPG ilə Suriya rejimi arasında Fərat çayının Şərq sahillərində ortaq qərara gəlmək məqsədilə dialoq qurmağa çalışdıqlarını deyib: “Ancaq ABŞ-ın burada qeyri-qanuni mövcudluğu buna mane olur”.

ABŞ-ın Suriyanın şimalında terror təşkilatı PKK/YPG-ni dəstəklədiyini vurğulayan Zaxarova əlavə edib: “Amerikalılar Suriyanın bəzi kürd liderlərinin separatçı istəklərini dəstəkləyir və sözügedən torpaqların Dəməşqin nəzarətinə keçməməsi üçün siyasət izləyirlər”.

Bu torpaqların neftə və zəngin təbii sərvətlərə malik olduğunu qeyd edən Zaharova, “PKK/YPG-nin ABŞ-la ittifaqı konstruktiv və gələcəyə hesablanmış deyil” – deyə, xəbərdarlıq edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92418