Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 450 $▲0.53%
  • Ethereum1 794 $▲1.44%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ Suriyaya qarşı sanksiyaları 6 ay müddətinə LƏĞV ETDİ

image-4bv69e5b0ddbc11lwfu_800c450
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Suriyaya qarşı sanksiyaları 6 ay ərzində zəlzələdən xilasetmə əməliyyatlarına tətbiq edilməyəcək.

Busaat.az xəbər verir ki, bu barədə qərar fevralın 9-da ABŞ Maliyyə Nazirliyinin verdiyi lisenziyada nəzərdə tutulub.

Sənəddə deyilir: “ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi Suriya üçün 23 nömrəli ümumi lisenziya verib ki, bu da zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 180 gün müddətinə sanksiyalardan qorunmağa icazə verir”.

“Xarici müttəfiqlər və humanitar tərəfdaşlar qurbanlara kömək etmək üçün güclərini birləşdirdiklərinə görə, mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalar suriyalıların həyatını xilas etmək səylərinə mane olmayacaq”, – ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo bildirib.

Adeyemonun sözlərinə görə, ABŞ-ın Suriyaya qarşı sanksiya rejimi əvvəllər ABŞ, BMT və qeyri-hökumət təşkilatlarının humanitar yardım göstərməsinə bəzi istisnalar daxil edib.

Qeyd olunub ki, lisenziya Suriya neft məhsullarının ABŞ-a satışı ilə bağlı hər hansı əməliyyatlar üçün keçərli deyil.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100158