Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 465 $▼4.04%
  • Ethereum1 824 $▼5.37%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ Suriyaya yeni qüvvələr göndərir

image-1523634012-387638-8b0eccaa-4257-4bc8-a698-7f91386c4fd5-450x250
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ ordusu son 3 gündə İraq ərazisi üzərindən Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke əyalətindəki baza və hərbi məntəqələrə 100-ə yaxın maşından ibarət hərbi və logistik karvanlar göndərib.

Busaat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ qüvvələrinə aid əlavə qüvvələr yanvarın 6 və 8-də İraq-Suriya sərhədindəki əl-Valid sərhəd keçid məntəqəsi vasitəsilə Hasekeye daxil olub.

Terror təşkilatı PKK/YPG-nin işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder yaşayış məntəqələrində ABŞ qüvvələrinin baza və hərbi məntəqələrinə çatan 100-ə yaxın avtomobil karvanına zirehli hərbi maşınlar, yanacaq tankerləri və çoxlu sayda sursat daxil edilib.

ABŞ 2019-cu ilin oktyabrında “Barış Pınarı” əməliyyatının başlaması ilə əməliyyat bölgəsindəki bazalarını boşaldarkən, neft yataqları ətrafında məskunlaşmağa üstünlük verib.

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Haseke, Rakka və Deyr əz-Zor əyalətlərində təşkilatın işğal etdiyi bölgələrdəki bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96454