Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 520 $▲2.20%
  • Ethereum1 827 $▲3.32%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Pentaqon Ukrayna üçün artilleriya mərmilərinin istehsalını 500 faiz artıracaq

image-1468857
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Müdafiə Nazirliyi ABŞ-ın Ukraynaya hərbi dəstəyi səbəbindən yaranan ehtiyat çatışmazlığını aradan qaldırmaq və gələcək münaqişələr üçün ehtiyat yaratmaq üçün 2 il ərzində artilleriya mərmilərinin istehsalını 500 faiz artırmağı hədəfləyir.

Busaat.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, Pentaqon ABŞ ordusunun hesabatına əsaslanaraq Ukraynanın ehtiyac duyduğu 155 millimetrlik güllə istehsalını iki ayda 90 minə yüksəldəcək.

Fabriklərin genişləndirilməsi və yeni istehsalçıların cəlb edilməsini nəzərdə tutan təşəbbüs ABŞ müdafiə sənayesinin bazası üçün “təxminən son 40 ildə ən aqressiv modernləşdirmə səylərinin” bir hissəsidir.

Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl ABŞ ordusu ayda 14.400 idarə olunmayan mərmi istehsal edirdi, Pentaqonun istehsal hədəfi isə 2022-ci ilin sentyabrında üç dəfə, 2023-cü ilin yanvarında isə Ukraynanın təchizat ehtiyacları səbəbindən iki dəfə artıb.

Ukrayna daha çox idarə olunmayan haubitsalardan istifadə etdiyi halda, Pentaqon daha az və daha bahalı dəqiq idarə olunan silahlara üstünlük verir. Bu çərçivədə Pentaqonun top istehsalına yeni sərmayə qoyması daha böyük güzəşt olaraq görülür.

Pentaqonun bu qərarı ABŞ-ın Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləməkdə qərarlı olduğuna işarə kimi qiymətləndirilir.

Bununla belə, Pentaqon qarşıdakı 15 il ərzində dövlətə məxsus hərbi sursat istehsalı müəssisələrinin modernləşdirilməsinə, həmçinin artilleriya döyüş sursatlarının istehsalı üçün yeni müəssisələrin maliyyələşdirilməsinə hər il təxminən 1 milyard dollar xərcləyəcək .

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98300