
ABŞ taxıl müqaviləsinin mümkün qədər tez uzadılmasında israr edir - Blinken
ABŞ taxıl müqaviləsinin mümkün qədər tez uzadılmasında təkid edir.
Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.
Qeyd edək ki, Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, taxıl müqaviləsi bazar ertəsi başa çatır, onun Rusiya hissəsi yerinə yetirilən kimi Rusiya dərhal onun icrasına qayıdacaq.
“Bu baş verməməli idi və mümkün qədər tez bərpa edilməli idi. Ümid edirəm ki, bütün ölkələr bu prosesi çox diqqətlə izləyir”, – deyə Blinken qeyd edib.
O, həmçinin Rusiyanın bu sazişin müddətinin uzadılmasına razılıq verməmək qərarının lehinə heç bir arqumentinin olmadığına əminliyini ifadə edib.
Busaat.az























