
ABŞ Tayvana F-16 raketlərinin satışını təsdiqləyib
ABŞ Tayvana F-16 döyüş təyyarələrində istifadə edilən 619 milyon dollarlıq raketlərin satışını təsdiqləyib.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada məlumat verilib.
Açıqlamada Tayvana 100 ədəd “AGM-88B HARM” tipli 100 radar əleyhinə raket və “AMRAAM” tipli 200 ədəd hava raketinin satışına icazə verildiyi bildirilib.
619 milyon dollara başa gələcək satışın “Tayvanın hava hücumundan müdafiə qabiliyyətini, regional təhlükəsizliyini və ABŞ ilə birgə əməliyyat imkanlarını artıracağı” vurğulanıb.
Qeyd edək ki, ABŞ istehsalı olan F-16 döyüş təyyarələrində istifadə edilən raket və avadanlıqlar ABŞ-ın müdafiə şirkətləri Raytheon və Lockheed Martin tərəfindən istehsal olunur.
Busaat.az























