
ABŞ Ukraynanın NATO-ya yolunu bağlayır? - "Sonra baxılmalıdır..."
ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan Ukraynanın NATO-ya üzvlük məsələsinə sonra baxılmasını, hazırda ən önəmli yardımın meydanda dəstək verilməsi olduğunu söyləyib.
Busaat.az xəbər verir ki, Sullivan bu barədə məlumatı Ağ evin gündəlik mətbuat brifinqində verib.
“ABŞ uzun illərdir ki, NATO-nun açıq qapı siyasətini dəstəkləyir. NATO-ya üzvlük üçün qərarı 30 müttəfiq dövlət və qatılmaq istəyən ölkə öz arasında verir. Ukraynaya yardımların ən yaxşı yolunun meydanda yardım olduğu fikrindəyik və NATO-ya üzvlük cəhdi başqa bir vaxtda nəzərə alınmalıdır” –deyə, Sallivan vurğulayıb.
Bundan əlavə Sallivan Rusiyanın Ukraynanın 4 bölgəsini ilhaq etməsini qınayıb və Ukraynaya yönəlmiş yeni yardımların həftə ərzində açıqlanacağını qeyd edib.
Şimal axını 2 neft kəmərində baş verən hadisələrə diqqət çəkən Sallivan bunun açıq bir təxribat aktı olduğunu və Rusiyanın hər zaman günah işləyib öz günahını başqasının üzərinə atdığını qeyd edib:
”Bunu dəfələrlə görmüşük. Ancaq Şimal axını 2 mövzusunda araşdırılması lazım olan çox məqam var. Fiziki sübutlar toplanana qədər bunun günahkarını açıqlamayacağıq. Ancaq Rusiyanın bu təxribatı ABŞ və ya başqa ölkələrin etdiyinə dair idiaları tamamilə yanlışdır” –deyə, Sallivan əlavə edib.
Busaat.az























