Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

ABŞ Ukraynaya daha 275 milyon dollarlıq müdafiə yardımı ayırdığını AÇIQLAYIB

image-1665761085
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ administrasiyası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya raket sistemi və peyk rabitə antenaları da daxil olmaqla 275 milyon dollar dəyərində yeni müdafiə yardımı paketi açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransı zamanı bildirib.

Məlumata görə, Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını, o cümlədən Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS), dəqiq idarə olunan artilleriya sistemləri və silah ehtiyaclarını ödəmək üçün 275 milyon dollar yardım göndərəcək.

Ukraynaya 4 peyk rabitə antenası da göndərəcəklərini qeyd edən Sinq, ABŞ prezidenti Co Baydenin vəzifəyə başladığı 2020-ci ilin yanvarından bu yana Ukraynaya edilən yardımların ümumi məbləğinin 18,5 milyard dollara çatdığını qeyd edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Konstantin Vorontsov ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçirilən iclasda ABŞ-ın Ukraynaya peyk rabitəsi üçün yardım göndərəcəyi təqdirdə mülki peyklərin Rusiyanın “qanuni hədəfinə” çevrilə biləcəyini bildirib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi isə Rusiyanın ABŞ infrastrukturuna hər hansı hücumuna cavab verəcəklərini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88908