
ABŞ Ukraynaya enerji avadanlıqlarının ilk partiyasını göndərdi
ABŞ Ukraynaya enerji sahəsində yardımının ilk hissəsini göndərib.
Busaat.az Amerikanın Səsinə istinadən xəbər verir ki, bu barədə məlumat Ağ Ev nümayəndələri tərəfindən yayılıb.
Məlumata görə, Vaşinqton Rusiyanın güclənən hücumlarından sonra Ukraynanın enerji infrastrukturuna yardım etmək üçün işlərini davam etdirir.
Mənbələrdən birinə görə, yardımın ilk hissəsinə təxminən 13 milyon dollar dəyərində enerji avadanlığı daxil olub.
Başqa bir mənbə bu həftə ABŞ-dan daha iki yardım təyyarəsinin uçacağını bildirib.
Busaat.az























