
ABŞ Ukraynaya yeni yardım paketi ayırdı
ABŞ prezidenti Co Bayden Ukraynaya yeni 275 milyon dollarlıq müdafiə yardımının ayrılmasını təsdiqləyib.
Busaat.az xəbər verir ki, bu barədə məlumat Ağ Evdən verilən yazılı açıqlamada yer alıb.
Açıqlamaya görə, Bayden Dövlət Departamentinə Ukraynaya 275 milyon dollarlıq yeni müdafiə yardımı etmək səlahiyyəti verib.
Bundan əlavə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Zoom vasitəsilə keçirdiyi brifinqdə, “Ukraynaya 275 milyon dollarlıq yeni müdafiə paketinin tezliklə yola salınacağını elan etməkdən məmnunam” – deyə, xəbər verib.
Sözügedən yardımın Ukraynaya yeni hava hücumundan müdafiə imkanları qazandıracağını və bu ölkənin özünü PUA təhlükəsinə qarşı qoruya biləcəyini ifadə edən Kirbi, yardımın döyüş meydanındakı əsgərlərə daha çox sursat təmin edəcəyini qeyd edib.
Busaat.az























