
ABŞ və Çin bir-birini rəqib kimi qəbul edə bilməz - Kissincer
Tarix həmişə göstərir ki, nə ABŞ, nə də Çin bir-birini düşmən kimi qəbul edə bilməz.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer Çinin müdafiə naziri Li Şanfu ilə görüşü zamanı bildirib.
“Müasir dünyada çağırışlar imkanlarla birlikdə mövcuddur, Çin və ABŞ bütün anlaşılmazlıqları aradan qaldırmalı, dinc yanaşı yaşamalı və qarşıdurmalardan qaçmalıdır. Tarix və praktika həmişə göstərir ki, nə ABŞ, nə də Çin bir-birini düşmən kimi qəbul edə bilməz”, – Kissincer deyib.
Kissincer qeyd edib ki, əgər iki ölkə arasında müharibə başlayarsa, bu, heç bir tərəfə ciddi nəticə verməyəcək.
“Hər iki tərəf müdriklik nümayiş etdirməli, birlikdə işləməli və inkişaf etməlidir. İki ölkənin orduları əməkdaşlığı gücləndirməli, münasibətlərin inkişafı üçün müsbət nəticələr əldə etmək, bütün dünyada sülh və sabitliyin qorunması üçün bütün səyləri göstərməlidir”, – o, əlavə edib.
Busaat.az























