
ABŞ və Çin Müdafiə nazirləri Kambocada görüşüb
ABŞ Müdafiə naziri Lloyd Ostin və Çinin Müdafiə naziri Vey Finghi Cənub-Şərqi Asiya Millətlər Assosasiyası (ASEN) ölkələrinin müdafiə nazirlərinin iştirakı ilə təşkil edilən konfrans çərçivəsində görüşüblər.
Busaat.az xəbər verir ki, ABŞ Müdafiə naziri Ostin Hind-Sakit okean regionunda Çin ordusuna məxsus hərbi maşınların təhlükəli hərəkətlərinin artması ilə bağlı narahatlığını ifadə edib.
ABŞ Müdafiə nazirinin sözçüsü Pat Ryder görüşlə bağlı açıqlama verib: “Ostin həmkarına Çin Xlaq Azadlıq Ordusuna (ÇXP) aid hərbi maşınların Hind-Sakit okean bölgəsində artan təhlükəli hərəkətləri ilə bağlı narahatlıqlarını bildirib. Ostin Çin təyyarələrinin təhlükəli davranışının bölgədə qəza riskini artırdığını və strateji riskləri azaltmaq, əməliyyat təhlükəsizliyini təmin etmək üçün konkret dialoqa ehtiyac olduğunu söyləyib”.
Çin tərəfi hələlik görüşlə bağlı açıqlama verməyib.
Busaat.az























