Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 761 $▼2.58%
  • Ethereum1 721 $▼2.97%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ və Filippin mübahisəli sularda təlimlər keçirir

image-15579972785532960139_1200x630
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

CNN-in xəbərinə görə, Filippin ordusu, Filippinin əsasını təşkil edən Taqaloq dilində “çiyin-çiyinə” mənasını verən “Balikatan” adlı təlim çərçivəsində ölkənin şimal-şərqindəki şərti düşmən gəmisinə atəş açıldığını bildirib.

Bildirilib ki, təlimdə F-35 və F-16 döyüş təyyarələri, ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri və Kobra helikopterləri, Filippindən FA-50 döyüş təyyarələri, helikopterlər və artilleriya sistemləri iştirak edib.

Filippin prezidenti Ferdinand Markosun təlimi canlı izlədiyi qeydə alınıb.

Filippin və ABŞ hərbi komandirləri tərəfindən verilən açıqlamada sözügedən təlimin iki ölkənin döyüş imkanlarının sinxronlaşdırılması üçün həyata keçirildiyi bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı komandanı general-leytenant Uilyam Jurni qeyd edib: “Bu təlimlə iki ölkə müxtəlif ərazilərdə hərbi əməliyyatlar aparmaq imkanlarını artırıb”.

Hər il keçirilən təlimlərdə 17 600-dən çox hərbi qulluqçu iştirak etdiyi halda, bu il 12 200 ABŞ, 5 400 Filippin və 111 Avstraliya əsgəri Balikatan təlimində iştirak edir.

Filippinlə başlayan birgə təlim ABŞ-nin Asiyadakı hərbi gücünün son nümayişidir. Bu, Çinin bölgədəki yüksəlişinə “daha ​​yaxşı müqavimət göstərmək” üçün ittifaq şəbəkəsini gücləndirir.

Balikatan təlimi aprelin 28-dək davam edəcək.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107940