Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 613 $▼5.29%
  • Ethereum1 781 $▼7.58%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ və İsrail arasında kritik GÖRÜŞ

image-2552021mfyfpffffdl7gies1nstjq1zi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

Busaat.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller tərəfindən edilən yazılı açıqlamada, ikitərəfli görüşdə ortaq maraqların müzakirə edildiyi bildirilib.

“Nazir və baş nazir region ölkələri ilə qarşılıqlı maraq doğuran sahələri, o cümlədən normallaşma yolu ilə İsrailin Yaxın Şərqə inteqrasiyasının genişləndirilməsi və dərinləşdirilməsini müzakirə ediblər”, – məlumatda deyilir.

Blinken iki dövlətli həll ümidlərini sarsıdan tədbirlərdən qaçmaq üçün Aqaba və Şarm əl-Şeyxdə keçirilən regional görüşlərdə alınan öhdəliklərin yerinə yetirilməli olduğunu bildirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Blinken paytaxt Ər-Riyadda İŞİD-lə mübarizə üzrə qlobal koalisiyanın toplantısından sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ilə birgə mətbuat konfransı keçirmişdi.

Blinken ölkəsinin Yaxın Şərq ölkələri ilə İsrail arasında normallaşmanın əhatə dairəsinin genişləndirilməsində əsas rol oynamağa davam etdiyini bir daha vurğulamışdı.

Xarici işlər naziri Blinken deyib ki, Birləşmiş Ştatlar İsrailin Yaxın Şərqə inteqrasiyasını dəstəkləyir, çünki bu, regionun maraqlarına xidmət edir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112171