
ABŞ və NATO Asiya-Sakit okeana nəzarəti ələ keçirmək istəyir - Rusiya
ABŞ və NATO Asiya-Sakit okean regionuna nəzarəti ələ keçirmək istəyir.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrov Kambocanın ev sahibliyi etdiyi Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 2022-ci il Zirvə Toplantısı ərəfəsində mətbuat mənsublarına açıqlama verib. ABŞ və NATO-nun Asiya-Sakit Okean bölgəsini nəzarətə götürmək istədiklərinə diqqət çəkən Lavrov qeyd edib: “Hazırda bölgədə əhatəli bir struktur var, lakin ABŞ və NATO bu bölgəni nəzarət altına almağa çalışır”.
Lavrov bildirib ki, Qərb regionu silahlandırmaq və Çin və Rusiyanın maraqlarına nəzarət etmək niyyətindədir. Bunun ən böyük əlaməti kimi Avstraliya, ABŞ və Böyük Britaniya arasında AUKUS sazişinin elan edilməsi göstərilib. Lavrov Yeni Zelandiya, Kanada və Yaponiyanın AUKUS alyansına daxil edilməsi səylərinə diqqət çəkib.
AUKUS Müqaviləsi
ABŞ, Böyük Britaniya və Avstraliya liderləri 16 Sentyabr 2021-ci ildə AUKUS Razılaşmasını imzalayıb.
Müqavilə nəticəsində nüvə enerjisi ilə işləyən sualtı texnologiyanın Avstraliyaya köçürülməsiu nəzərdə tutulub. Bəyanatda Çinin adı çəkilməsə də, üç ölkənin regional təhlükəsizlik narahatlıqlarının artması üzərində dayanılıb. Bu səbəblə əməkdaşlığın Pekinin bölgədəki hərbi gücünü tarazlaşdırmaq məqsədi daşıyan bir pakt olduğuna dair şərhlərə səbəb olub.
Çin razılaşmaya reaksiya göstərərək, ittifaqın regional sülh və sabitliyə, habelə nüvə silahlarının yayılması üzrə beynəlxalq səylərə zərər verəcəyini vurğulayıb.























