
ABŞ və Qərb öz xalqları barədə düşünməlidir - İran
“Co Bayden hökuməti iğtişaşçıların taleyi ilə bağlı timsah göz yaşları tökməyi bacarmaqla yanaşı, İrana maksimum təzyiq göstərmək kimi iflasa uğramış siyasətini davam etdirir”.
Busaat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani cümə axşamı Bayden administrasiyasının İslam Respublikasında davam edən küçə etirazlarına görə Tehrana qarşı əlavə sanksiyalar tətbiqinə münasibət bildirərkən deyib.
Kənani vurğulayıb: “Terrorçuların Qərbdəki müttəfiqləri və müdafiəçiləri ağızlarını bağlamalı və öz xalqlarının əziyyət çəkdiyi yığılmış böhranlar haqqında düşünməlidirlər”.
Qeyd edək ki, çərşənbə günü ABŞ İrandakı etirazlara görə zirehli texnika istehsal edən İran şirkəti “İmen Sanat Zaman Fara”ya və bir neçə şəxsə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir ki, məhdudiyyətlər İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə də təsir edib. Bəsic koordinatorunun müavini Hossein Maroufi və Basic Kiberspace Qərargahının rəisi Müslim Moin də siyahıya salınıb.
Busaat.az























