Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 613 $▼5.29%
  • Ethereum1 781 $▼7.58%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ və Yaponiya Çinə qarşı hərbi tədbirləri gücləndirir

image-usajapan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ və Çin arasında rəqabətin qızışdığı bir vaxtda Vaşinqton administrasiyası Yaponiya ilə yeni razılaşmalar əldə edir və regionda Çinə qarşı mövqeyini gücləndirir.

Busaat.az xəbər verir ki, ABŞ və Yaponiya xarici işlər və müdafiə nazirləri arasında Vaşinqtonda keçirilən dördtərəfli

Təhlükəsizlik Məsləhət Komitəsinin iclası ilə bağlı Anadolu Agentliyinə açıqlama verən ABŞ rəsmisi, bu görüşdə nazirlərin Çinin birtərəfli qaydada regiondakı status-kvonu dəyişdirmək cəhdlərinə qarşı qətiyyətli olacaqlarını bildirib.

“ABŞ və Yaponiya mütərəqqi əməliyyat konsepsiyası və gücləndirilmiş imkanlar əsasında alyansın qüvvələrinin yerləşdirilməsini optimallaşdırmağa qərar verəcəklər. Regionda sürətlə dəyişən təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək üçün bir çox sahələrdə əməkdaşlıq vacibdir” – deyə, ABŞ rəsmisi qeyd edib.

“Nazirlər Yaponiyada ABŞ-ın hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artıracaqlarını, o cümlədən 2025-ci ilə qədər Okinava adasına Dəniz Piyadaları Korpusunun Sahil Alaylarından birinin qabaqcıl kəşfiyyat, müşahidə, anti-təxribat funksiyalarına malik yeni birlik kimi yerləşdirilməsini təmin edəcəklər” – deyə, rəsmi bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96775