ABŞ xalqı son 200 ildə ilki yaşadı – Fotolar

ABŞ xalqı son 200 ildə ilki yaşadı – Fotolarbackend

Xəbər verdiyimiz kimi, yanvarın 6-da Vaşinqtonda seçicilər kollegiyasının 3 noyabr 2020-ci ildəki prezident seçkilərinin təsdiqlənməsi ilə bağlı keçirdiyi iclas zamanı Konqres binasına Tramp dəstəkçiləri tərəfindən basqın edilib.

Busaat.az xəbər verir ki, bir qrup nümayişçi binanın önündəki polis barrikadasını keçərək Konqres binasına daxil olub. Polis gözyaşardıcı qazla müdaxilə etməyə çalışsa da, iğtişaşçıları dayandıra bilməyib.

Arizonadakı seçki nəticələrinə etirazları qiymətləndirən Senat baş verən hadisələrə görə iclası dayandırıb.

İclasa Senat rəhbəri olaraq moderatorluq edən Vitse-prezident Mayk Pens təhlükəsizlik səbəbilə binadan təxliyyə edilib.

Vaşinqton Bələdiyyə Başçısı Müriel Bauzer tvitter hesabında öncə yerli vaxtla saat 18:00-dan 7 yanvar səhər saat 06: 00-a qədər şəhərdə komendant saatı elan etdiyini açıqlayıb. Daha sonra bu müddətin 21 yanvaradək uzadıldığını elan edib.

Şəhərdə başlayan qarşıdurmaların qarşısını almaq üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.

Virciniya ştatının qubernatoru Ralf Nortem Vaşinqtona baş vermiş iğtişaşlarla əlaqədar Milli Qvardiyanın hərbçilərini göndərib.

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres binası qarşısında nümayiş keçirən tərəfdarlarını təmkinli olmağa çağırıb.

Binaya basqın edən Tramp tərəfdarları Konqresdən və ətrafından uzaqlaşdırılıb. Konqresin Tramp tərəfdarlarından təmizlənməsindən sonra polis binanın təhlükəsizliyini təmin etdiyini açıqlayıb.

Basqına görə dayandırılmış Konqres iclasının yenidən başlayıb- başlamayacağı hələ bəlli deyil.

Son 200 ildə ilk

Konqresin iclası zamanı Tramp tərəfdarlarının polis barrikadasını keçərək Konqresin binasına daxil olması ilə ABŞ Konqresi 1814-cü ildə ingilis işğalından bu yana ilk dəfə bu cür güc tətbiqinə şahid olub.

Konqres binası müharibə vəziyyəti xaricində ilk dəfə işğal edilib. Belə ki, ABŞ Senatının saytında yer alan məlumata görə, Konqres binası sonuncu dəfə 1812-1814-cü illərdə ABŞ müstəqillik qazandıqdan 36 il sonra ingilislərlə müharibə zamanı işğal edilib./Qafqazinfo

 

busaat 4191ea8cb50acc3c6d42e46496a9fe1f h9x6lujksr4cgn752y3a busaat d89f8359edc7d84465db4be60b9b9420 9fpy7gtv5u146le2cqnw busaat 8cc1d17f44d1133d22c7fff6bc8e5c5b 7xikqto8g5mlf1ye9ach busaat 7dc6bb0f65f0c4fdef934e7b8939d5dd sbar2yzehgp5948k701c busaat a1670f7e50c55795a2d5710f47e13011 facvtsm67be0h2wkl5qj busaat 8b522647073e08350c3f599b21d53940 49rca0mgqfyowivln158 busaat e397bc42a9f3215147eb77254a9b8d08 m8bh9lqxe021ju4c6f37 busaat 85c727ce8f7f880a65fc7d883966c7c5 jt7bo24xug9mwqpyz8cr busaat 17a1938a6114d67cc94d3ccd7cfacfd7 lfr8t4xs0i6bkeayuhcm busaat a0cbdca841d6ad8d763504f4089b531f 51rp2x478sy0wve3bhq6 busaat 3a269bf4adbd6b79f2a1781527b10ce1 91zm7h0l5i4a2fu8nwqj busaat a5770da425db0bd4d1c397badb944075 vb6gyf1sl5t7xa083r4k busaat 81a39bf02820ea7cc36bc3637605b820 76efjmylvco0rhqzsug2 busaat d78c164a39a468418b4810a8c9178770 flouca5vqwrsn9j3yt0e busaat d78c164a39a468418b4810a8c9178770 awgtysiqku7h83mp1ozr busaat c7b5e7b4b7a6189e08b07387f34df78f pkeqvth9ya0mx512uo8b busaat 08182858c5199d31994f3d06d818449b vsn85m0ljizr7uyqeot3 busaat 7c0bba55b9635e288e094f0082eb306b 6emjo7bhx9cswg0ufyv5 busaat 5d0f4bdf01d2027e1723334ec8a2478d 5lvrw9xt281syh0iek4m busaat fc17486383e17105ec706f04a39f8d24 3cwrt2y9n0bxou4ejhpa busaat e92964894539a37a6548973038320007 4l1g8ub96rofwaytpzih busaat be026b6091e4515718126c728d8ec041 ytpv1sg7cx0ikzl5omnj busaat ab6e02941e603e4d16df4b69e439dc52 v9or6ej0tynca8gp5hzb

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki