ABŞ XİN-dən Yunanıstana şillə: “Türkiyənin ehtiyaclarını qarşılamaq istəyirik”

image-ned_praysbackend

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müdafiə büdcəsinin yekun mətnindən Türkiyəyə F-16-ların satışını məhdudlaşdıran bəndlərin çıxarılması ilə bağlı məsələyə münasibət bildirib. Prays ABŞ-ın NATO-nun mühüm müttəfiqi olan Türkiyənin müdafiə ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Ned Prays gündəlik mətbuat konfransında qiymətləndirmələr aparıb.

“Əlbəttə, Türkiyə NATO-nun mühüm müttəfiqidir, mühüm təhlükəsizlik tərəfdaşıdır. Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi nəhəng təhdidlərlə mübarizə aparmaq üçün lazım olanı təmin etmək istəyirik. Heç bir NATO müttəfiqi Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir” – deyə, Prays qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin yayda Madriddə keçirilən NATO Zirvə toplantısında görüşdükləri zaman bu məsələni müzakirə etdiklərini bildirən Prays daha aşağı səviyyələrdə də müzakirələr aparıldığını və ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı Konqresdə danışdığını qeyd edib.

Yunan jurnalistin bəzi ABŞ senatorlarının Türkiyəyə F-16-ların verilməməsi çağırışı ilə bağlı sualına diplomat belə cavab verib: “Əlbəttə, biz Türkiyənin NATO-nun əsas müttəfiqi rolunu davam etdirməsi üçün lazım olan müdafiə qabiliyyətinə malik olmasını təmin etməyə çalışırıq”.

Yunan jurnalist, “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Yunanıstana hücum edəcəklərini söylədi. Buna icazə verəcəksinizmi?” şəklində iddialı sual ünvanlayıb. Buna cavab olaraq Prays deyib: “NATO müttəfiqlərimiz arasında istənilən mübahisənin diplomatik yolla həllini istəyirik. Yunanıstan mühüm müttəfiqdir. Türkiyə də həmçinin…”

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90