
ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır- Lavrov
Vaşinqton yenidən Əfqanıstana müdaxilə etməyə çalışır və bunu təsdiqləyən tutarlı sübutlar var.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O, ŞƏT-Əfqanıstan qrupunun fəaliyyətə başlaması ilə bağlı qərarın həyata keçiriləcəyinə ümid etdiyini qeyd edib. Lavrov vurğulayıb ki, vəziyyət həqiqətən də kifayət qədər təcili tədbirlər tələb edir.
“Səbəb amerikalıların yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışmasıdır”, – diplomat deyib.
“Amerikalıların Əfqanıstan ərazisində qalan və “Taliban”a qarşı olan terror qruplaşmalarını dəstəklədiyinə dair inandırıcı sübutlar var”, – Lavrov əlavə edib.
“ABŞ-də öz hərbi infrastrukturunu Əfqanıstan ətrafındakı regiona və Mərkəzi Asiyaya yenidən yerləşdirmək cəhdlərindən əl çəkmirlər”, – o bildirib.
Busaat.az























