ABŞ yox, Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyə hazırdır – İCMAL

ABŞ yox, Polşa və Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyə hazırdır – İCMALbackend

Ukraynaya Miq-29 tipli döyüş təyyarələri göndərmək barədə qərar verməyin vaxtıdır.

Busaat.az xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad sosial media hesabında etdiyi paylaşımda deyib.

“Ukraynada insanlar ölür. Döyüş təyyarələrinin göndərilməsi həqiqətən onlara kömək edə bilər”, – Nad deyib.

Nazir Nad qeyd edib ki, bu gün İsveçdə polşalı həmkarı Mariusz Blaszczak ilə görüşdə Ukraynaya Mig-29 döyüş təyyarələrinin göndərilməsi üçün ortaq prosesdə iştirak etmək barədə razılığa gəliblər.

“Biz beynəlxalq koalisiyanın tərkibində Miq-29 qırıcı təyyarələrimizi Ukraynaya təhvil verməyə hazırıq”, – Polşa Müdafiə Nazirliyi “Associated Press” agentliyinə bildirib.

Polşa prezidenti Anjey Duda dünən “CNN” telekanalına verdiyi açıqlamada beynəlxalq koalisiyanın tərkibində Sovet istehsalı olan Miq-29 qırıcılarını Ukraynaya göndərməyə hazır olduqlarını bildirib.Q

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ötən ay F-16 qırıcılarının Ukraynaya verilməyəcəyini bildirmişdi.

Müdafiə Nazirliyinin əməkdaşı Colin Kahl Nümayəndələr Palatasının komitəsinə verdiyi açıqlamada ABŞ-nin ukraynalılara F-16-larla bağlı təlimlərə başlamadığını əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90