Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ Zelenskidən Rusiya ilə danışıqlarda ilkin şərtləri yumşaltmağı istəyib - Politico

image-download
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Ukrayna prezidenti Volodimir Zelenski Bayden administrasiyasının yumşaq təzyiqləri ilə Rusiya prezidenti Vladimir Putinin hökuməti ilə danışıqların mümkünsüzlüyü barədə əvvəlki iddiasından geri çəkilməli olub.

Busaat.az xəbər verir ki, bu barədə Politico qəzeti öz mənbələrinə istinadən yazır.

Qəzetin məlumatına görə, Zelenski Moskva ilə danışıqlar üçün beş ilkin şərt sadalayarkən Putinlə danışıqların mümkünsüzlüyünü qeyd etməyib. Mənbə qeyd edir ki, dəyişiklik Kiyev və Vaşinqton arasında uzun sürən danışıqlardan sonra, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Kiyevə səfəri zamanı baş verib.

ABŞ rəsmiləri Zelenski və onun Ukraynadakı köməkçilərindən mövqelərini dəyişməyi birbaşa istəməyiblər, əksinə onlar Kiyevin müharibəni “ağıllı və sülh yolu ilə” bitirmək istəyini nümayiş etdirməli olduğunu məsləhət görüblər.

Mənbələrdən biri əlavə edib ki, Vaşinqton danışıqlara dərhal başlamaq lazım olduğunu düşünmür.

Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya rəhbərliyinin Ukrayna üzrə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Rusiya qərbli həmkarlarından təlif gözləyir. Əgər Qərb Moskvanın maraqlarını nəzərə alaraq gərginliyin azaldılması üzrə dialoqun təşkilini istəyərsə, Rusiya onları eşitməyə hazırdır.

Qeyd edək k, Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass Respublikasının müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirmək barədə qərar qəbul edib. O, Moskvanın Ukrayna ərazilərini işğal etməyi planlaşdırmadığını, bunun əvəzinə ölkəni demilitarizasiya və denazifikasiya etməyi planlaşdırdığını vurğulayıb. Buna cavab olaraq, Qərb Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə başlayıb və bu anda Kiyevə on milyardlarla dollar dəyərində silah və hərbi maşınlar göndərib. Qərb və dünyanın əksər ölkələri Rusiyanın Ukraynada keçirdiyi əməliyyatları işğal faktı olaraq tanıyıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90158