
Ac qalan şirlər yaşayış məntəqələrinə hücum etdi
Quraqlıqdan aclıq çəkən şirlər Keniyada yaşayış məntəqələrinə hücum edir. Keniyada quraqlıq səbəbilə yemək tapa bilməyən şirlərin yaşayış məntəqələrinə girərək təsərrüfat heyvanlarına hücum etməyə başladığı bildirilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Keniyada Amboseli Milli Parkı yaxınlığında ferması olan Parkeru Ntereka mətbuata bildirib ki, aslanlar keçilərinə hücum edib və heyvanlarının təxminən yarısı tələf olub.
Ntereka deyib: “12 keçimə aslan hücum etdi və bu, ailəm üçün böyük itkidir. Bu heyvanlarla övladlarımın məktəb xərclərini qarşılayırdım”.
Rosi Lekimankusi də keçilərindən 13-nün aslanların hücumuna məruz qaldığını bildirərək, bu vəziyyətin onları çətin vəziyyətə saldığını və hücumların artmasından narahat olduğunu vurğulayıb.
Vəhşi təbiətin qorunması üçün araşdırmalar aparan The Big Life Foundation şirlərin hücumuna məruz qalan heyvanlara görə kəndlilərə təzminat təklif etsə də, kəndlilər verilən məbləğin yetərli olmadığı qənaətindədirlər.
Keçən ay Amboseli Milli Parkına yaxın kəndlərdə keçi və itə hücum edən 6 şir öldürülüb. Öldürülənlər arasında dünyanın ən yaşlı aslanlarından biri olan Loonkiito da olub.
Busaat.az























