
Adanın ətrafında 25 Çin təyyarəsi və 3 gəmi aşkar edilib -Tayvan Müdafiə Nazirliyi
Dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 25 hərbi təyyarə və 3 döyüş gəmisi müşahidə edilib.
Busaat.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Çinə aid 19 J-10 döyüş təyyarəsinin Tayvanın “Hava Hücumundan Müdafiə Tanıma Bölgəsi (ADIZ)” elan etdiyi ərzainin cənub-qərb hissəsində uçuşlar həyata keçirib.
Həmçinin, adanın ətrafında aşkarlanan 25 təyyarə və 3 gəminin elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izləndiyi bildirilib.
Qeyd edək ki, uçuşlar və gəmi patrulları ABŞ dövlət katibi Entoni Blinkenin Tayvanın Çinin daxili işi olmadığını və burada münaqişənin bütün dünyaya təsir edəcəyini deməsindən sonra qeydə alınıb.
Busaat.az























