“AES-ə istənilən hücum intihar hadisəsidir” – BMT

image-quterresh5backend

“Zaporojye Atom Elektrik Stansiyasına olan hər hansı hücum intihardır”.

Busaat.az “AFP24”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş Tokioda keçirilən mətbuat konfransında deyib.

O, Ukrayna və Rusiyanın bir-birini yaşayış binalarını atəşə tutmaqda ittiham etməsindən sonra beynəlxalq müfəttişlərə Zaporojye AES-ə giriş icazəsi verməyə çağırıb.

Qeyd edək ki, Ukraynanın cənub-şərqində yerləşən “Zaporojye” Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. Stansiya mart ayında rus qüvvələri tərəfindən ələ keçirilsə də, ukraynalı işçilərini saxlayıb.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90