
Afinanın mərkəzində PARTLAYIŞ
Afinanın mərkəzində Yunanıstanın Böyük Mason Lojasının yanında bomba partlayıb, lojanın binasına ciddi ziyan dəyməyib, itki yoxdur.
Busaat.az xəbər verir ki, bu barədə Skai telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, yerli vaxtla saat 06:30 radələrində naməlum şəxs fövqəladə hallar xidmətinə zəng edərək, Yunan masonlarının Böyük Lojası yaxınlığında partlayacaq qurğu barədə məlumat verib. Polis hadisə yerinə yerinə yaxınlaşan kimi bomba partlayıb.
Polis ikinci qurğunu partlayan digər paketin yanında tapıb.Əraziyə gələn pirotexniki mütəxəssislər ikinci bağlamanı zərərsiz yerdə partladıblar.
İlkin məlumata görə, hər iki qurğu çox kiçik tutumlu olub, onlar fişənglərdən, yanacaq mayesi ilə doldurulmuş metal qablardan və digər materiallardan hazırlanıb. Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.
Dövlət təhlükəsizlik orqanları tərəfindən araşdırmalara başlanılıb, Yunanıstanın Terrorla Mübarizə Xidməti də məsələ ilə bağlı məlumatlandırılıb.
Busaat.az























