Afrikada “Freddi” qasırğasında ölənlərin sayı 400-ə yaxınlaşıb

image-freddy-kasirgasi-reu-2001643_2backend

Afrikada  “Freddi” qasırğası nəticəsində Malavi, Mozambik və Madaqaskarda ölənlərin sayı 400-ə yaxınlaşıb.

Busaat.az xəbər verir ki, Malavi prezidenti Lazarus Çakvera qasırğa səbəbiylə ölkədə ölənlərin sayının artdığını bildirib.

Prezident təkcə Malavidə ən azı 326 nəfərin öldüyünü, 200-dən çox insanın  itkin düşdüyünü açıqlayıb.

Yerli mətbuatda yer alan xəbərlərə görə,  Mozambikdə ölənlərin sayının 50-ni keçdiyi və itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyi paylaşılıb.

Malavidə  fırtına zamanı  evlərini tərk etmək məcburiyyətində qalan insanlar üçün 300 düşərgə yaradılıb.

Minlərlə insanın evsiz qaldığı üçün beynəlxalq yardım çağırışı edilib.

Ölkə daxilində bütün bayraqlar yarıya endirilib, həyatını itirənlər üçün 14 günlük matəm elan edilib.

Qeyd edək ki, Dünya Meteorologiya Təşkilatı fevralın 21-də Madaqaskarda, 3 gün sonra isə Mozambikdə təsirlənən Freddinin tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90