
Ağ Ev Baydenin ofisində tapılan “məxfi sənədlər”lə bağlı sualları cavabsız qoydu
Ağ Evin sözçüsü Karine Jean-Pierre, ABŞ prezidenti Co Baydenin şəxsi kabinetində tapılan “məxfi sənədlər” ilə bağlı prosesin davam etdiyini və hələlik mövzu ilə bağlı əlavə məlumat verilməyəcəyini bildirib.
Busaat.az xəbər verir ki, jurnalistlərin 2 noyabr 2022-ci ildə Baydenin şəxsi ofisində tapılan məxfi sənədlərlə bağlı ictimaiyyətə niyə yeni məlumat verildiyi, bunun seçkilərlə əlaqəli olub-olmaması ilə bağlı davamlı sualları qarşısında mətbuat katibi Jan-Pierre çətin vəziyyətə düşüb.
Məsələ ilə bağlı prosesin davam etdiyini vurğulayan Jan- Pierre Ədliyyə Nazirliyi tərəfindən araşdırmaların davam etdiyini bildirib. Baydenin sənədlərin məzmunundan xəbəri olmadığını ifadə edən Jean-Pierre, prezidentin açıqlamalarından sonra mövzu ilə bağlı paylaşacaq başqa məlumatı olmadığını qeyd edib.
Busaat.az























