
Ağ Ev Rusiyanın Ukraynadakı hərbi əməliyyatında Belarusun rolundan narahatdır
ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında Belarusun rolundan narahatdır və Vaşinqton Kiyevlə sıx əlaqə saxlayacaq.
Busaat.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre jurnalistlərə açıqlamasında bildirib.
“Biz uzun müddətdir ki, Belarusun Ukrayna münaqişəsindəki rolundan narahatıq. Minsk Rusiyanın Ukraynada hərbi əməliyyatına şərait yaradıb. Rusiyaya dəstək verib və Belarus ərazisindən Rusiya qüvvələri üçün döyüş meydançası kimi istifadə etməyə imkan yaradıb. Biz Rusiyanın mövqeyini yaxından izləməyə davam edirik. Bu, Belarus da daxil olmaqla, etdiyimiz və edəcəyimiz bir işdir və Ukrayna ilə sıx əlaqədə qalacağıq” – deyə, Jean-Pierre qeyd edib.
Qeyd edək ki, Rusiya dövlət başçısı bazar ertəsi belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparıb. Rusiya nümayəndə heyətinə baş nazirin müavini Aleksey Overçuk, müdafiə naziri Sergey Şoyqu, Kremlin köməkçisi Yuri Uşakov, prezidentin mətbuat katibi Dmitri Peskov və Roskosmosun baş direktoru Yuri Borisov daxil olub.
Busaat.az























