
Ağ Evdə tapılan toz seyfdə olub - CBS News
ABŞ Məxfi Xidmətinin (USSS) əməkdaşları tərəfindən Ağ Evdə işçilərin təhlükəsiz otaq kimi istifadə etdikləri şkafda, ilkin məlumatlara görə kokain olan ağ toz aşkar edilib.
Busaat.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Ağ toz prezidentin köməkçilərinin və köməkçi işçilərinin kabinetlərinin yerləşdiyi ümumi sahədə tapılıb. Material işçilərin istifadə etdiyi şkafda aşkarlanıb.
Bundan əvvəl Məxfi Xidmətin nümayəndəsi Entoni Quqlielmi tozun tapıldığı yer barədə dəqiq məlumat verməyib.
ABŞ Məxfi Xidmətindən verilən açıqlamaya görə, materialın bura necə daxil olduğunu öyrənmək üçün araşdırma aparılacaq. İstintaq zamanı binaya kimin daxil ola biləcəyini müəyyən etmək üçün müşahidə kameraları və qeydlərə baxış keçiriləcək.
Xatırladaq ki, şübhəli ağ toz bazar günü axşam binaya baxış keçirən ABŞ Məxfi Xidmətinin (USSS) əməkdaşları tərəfindən aşkarlanıb.
Busaat.az























