Ağ Evdən yeni TƏYİNAT

Ağ Evdən yeni  TƏYİNATbackend

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin administrasiyasına yeni təyinatların olduğunu açıqlayıb.

 

Busaat.az xəbər verir ki, bu barədə siyasətçinin keçid komandasının saytında yayımlanan açıqlamada qeyd olunub. Bir neçə il Baydenin köməkçisi və məsləhətçisi işləyən Bryus Red Ağ Evin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

 

Ağ Evin əməkdaşlarına isə rəhbərliyi Ron Klayn edəcək. Demokratın seçki kampaniya qərargahının əməkdaşı olan Elizabet Vilkins Klaynın baş məsləhətçisi olacaq.

 

Baydenin çıxışlarının hazırlanmasına cavabdehliyi Vinay Reddi daşıyacaq. Enn Flipik Ağ Evdəki inzibati məsələlərə nəzarət edəcək və Rayan Montoya planlaşdırma işlərindən məsul olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90