Ağakərimi ziyarət etməyə gedən şairəyə qapını açmadılar – VİDEO

image-1638600619_nazile_6backend

Şairə Nazilə Səfərli uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimə (Kərim Novruzov) baş çəkmək istəyib.

Busaat.az xəbər verir ki, şairə Ağakərimin evinə getsə də, onun ailə üzvləri Naziləni qəbul etməyiblər.

Bu barədə şairə instaqram hesabında paylaşım edərək bunları qeyd edib:

“Meyxanaçı Kərimin vəziyyəti son dərəcə ağırdır. Fəqət doğmaları, xüsusən də oğlu Kamil Kərimin ziyarətinə qadağa qoyub. Sənətkarın evinə nəinki yadlar,hətta qohum-qardaşları da gələ bilməz. Belə ağır xəstə xəstəxanada yatmalı deyilmi? Sənətkara kömək lazımdır. Köməyə gələnlərə də qapı açmırlar. Ağamirzə deyir ki, gərək üç, dörd gün əvvəl xəbər verərdiniz ki, onlar da hazır olardı. Əziz qardaşım Ağamirzə mən elçi gəlməmişəm, xəstə ziyarətinə xəbər nə gərək? Allaha and olsun sadəcə baş çəkib və gücüm çatandan dəstək olacaqdım. Nə çəkiliş, nə şəkil? İnsanlar çox qəddar olub.

Bir dəqiqə sonranın sığortası yox ikən 4 günə kimin aqibətinin necə olacagına kim qərar verə bilər ki?…

Allah şəfa versin”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90