Ağstafada Avtomobillər Toqquşdu: Yaralananlar Var

image-fd2bbe9c-24ab-4a29-bfaf-355876efb4a0backend

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“Busaat.az” Apa.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətə olan iki minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki