
Aİ Çin-Rusiya yaxınlaşmasından narahatdır
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çinin Rusiya-Ukrayna müharibəsində mühüm rol oynaya biləcəyini və bunun sülh yolu ilə problemin həllinə töhfə verməli olduğunu bildirib.
Busaat.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib:
“Çin Rusiyaya “konstruktiv” təsir göstərə bilər və buna görə də Ukraynadakı müharibənin sülh yolu ilə həllinə töhfə verməlidir”.
Ursula von der Leyen əlavə edib: “Çin Rusiyaya konstruktiv təsir etmək iqtidarındadır və buna görə də onun öhdəlikləri var. Siz tərəfsiz ola bilməzsiniz, beynəlxalq nizamın ortasında qala bilməzsiniz”.
Von der Leyen Avropa İttifaqının “Çinin Rusiya ilə dostluq mövqeyindən narahat olduğunu” bildirib və Çin prezidenti Si Tsipinin mart ayında Rusiya prezidenti Vladimir Putinlə görüşsə də, ukraynalı həmkarı Volodimir Zelenski ilə hələ də əlaqə saxlamadığını qeyd edib.
Von der Leyen, Avropa İttifaqı ilə Çin arasında diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayıb və ABŞ-nin Çindən tamamilə qaçma siyasətini qəbul etmək əvəzinə Pekin ilə əlaqələrin “risksiz” olması lazım olduğunu söyləyib.
Busaat.az























