
Aİ-dən pilotsuz təyyarələrin Moskvaya hücumları ilə bağlı AÇIQLAMA
Avropa İttifaqında (Aİ) Moskvaya pilotsuz aparatlarla hücum barədə məlumat yoxdur.
Busaat.az xəbər verir ki, bunu Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.
Stano qeyd edib ki, Aİ Moskva vilayətində pilotsuz aparatların uçuşu ilə bağlı xəbərləri nəzərə alıb, lakin assosiasiyada insidentin təfərrüatları barədə məlumat yoxdur.
“Mən yalnız Aİ-nin Rusiyaya təcili çağırışını təkrarlaya bilərəm ki, Ukraynaya qarşı aqressiyanı gücləndirmək üçün belə bir insidentdən istifadə etməmək lazımdır”, – diplomat deyib.
Qeyd edək ki, Rusiya tərəfinin iddiasına görə, mayın 30-da səhər saatlarında pilotsuz aparatlar Moskva vilayətinə hücum edib. Nəticədə bir neçə binaya ziyan dəyib.
Busaat.az























