
Aİ-dən Twitter-ə sərt xəbərdarlıq: Avropada bizim qaydalarımız keçərlidir
Avropa İttifaqı (Aİ) Elon Maskın Twitter sosial media platformasını satın almasından sonra şirkətə “Avropada bizim qaydalarımız keçərlidir” mesajını verib.
Busaat.az xəbər verir ki, Aİ Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton, Maskın Twitter-i satın almasının ardından “quş azaddır” şəklində ifadəsinə cavab verib.
“Avropada quş bizim qaydalarımızla uçacaq” – deyə, Breton Maskı xəbərdar edib.
Breton mesajında Aİ-nin Rəqəmsal Xidmətlər Qanununa istinad edərək “DSA” etiketindən istifadə edib. Bu qanun rəqəmsal xidmət təminatçılarından “nifrət nitqi” kimi qeyri-qanuni hesab edilən məzmunları Twitter kimi rəqəmsal xidmət təminatçıları tərəfindən mümkün qədər tez silməyi tələb edir.
Qeyd edək ki, dünən Tesla və SpaceX-in baş direktoru Elon Mask Twitter-i 44 milyard dollara satın alıb.
Busaat.az























