Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 261 $▲0.24%
  • Ethereum1 786 $▲1.02%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Aİ dondurulmuş Rusiya aktivlərinin istifadəsini araşdırmaq üçün xüsusi qrup yaradacaq

image-illustration-shows-letters-arranged-to-read-sanctions-in-front-of-flag-colors-of-eu-and-russia
FILE PHOTO: Plastic letters arranged to read "Sanctions" are placed in front the flag colors of EU and Russia in this illustration taken February 28, 2022. REUTERS/Dado Ruvic/Illustration
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) mərkəzi bank ehtiyatları da daxil olmaqla, dondurulmuş Rusiya vəsaitlərinin milyardlarla dollarının Ukraynada yenidənqurma işlərinə necə istifadə oluna biləcəyini öyrənmək üçün işçi qrupu yaradacaq.

Busaat.az xəbər verir ki, bu barədə Reuters İsveç hökumətinə istinadən məlumat yayıb.

İsveçin baş naziri Ulf Kristersson Stokholmda keçirilən mətbuat konfransında deyib: “Mandat Avropa İttifaqında hansı vəsaitlərin dondurulduğunun xəritələşdirilməsinə töhfə verməkdir. İkincisi, növbəti görüləcək iş bu vəsaitlərə necə hüquqi yolla daxil olmaqdır”.

Onun sözlərinə görə, Rusiya aktivlərinin idarə edilməsinin ilkin modeli yoxdur və Aİ müvafiq hüquqi prosedurların müəyyən edilməsinə əmin olmalıdır.

Kristersson əlavə edib ki, lazımi bərpa işlərinin xərclərini bütün digər vergi ödəyiciləri deyil, Rusiya vergi ödəyiciləri çəkməlidir.

İsveç hazırda Aİ-yə sədrlik edir.

Yaradılacaq işçi qrupuna İsveç Milli Ticarət Şurasının rəhbəri Anders Ahnlid rəhbərlik edəcək.

Ahnlidin sözlərinə görə, əsas aktivlər arasında Rusiya Mərkəzi Bankının vəsaitləri olacaq və onların ümumi məbləği on milyardlarla dollar təşkil edəcək.

Ahnlid əlavə edib: “Aİ əvvəllər heç vaxt müharibədən zərər çəkmiş ölkənin bərpası üçün dondurulmuş vəsaitdən istifadə etməyib, ona görə də biz müəyyən mənada yeni təcrübələr qazanmalıyıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100667