
Aİ Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarından təəssüflənir
Aİ Gürcüstan hakimiyyətinin Rusiya ilə uçuşları bərpa etmək qərarına gəlməsindən təəssüflənir.
Busaat.az xəbər verir ki, bu barədə İttifaqın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.
“Biz müvafiq qərarları nəzərə almışıq, Rusiya Federasiyasının hava nəqliyyatına qoyulan qadağanın aradan qaldırılması qərarından sonra Gürcüstanın Rusiyaya və oradan reysləri bərpa etmək qərarından təəssüflənirik. Bu, Gürcüstan hakimiyyətinin son qərarıdır, Gürcüstanın Avropa yolu ilə bağlı qorxuları artırır”, – Stano deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstanla viza rejimini ləğv edib.
Bir gün əvvəl Gürcüstanın aviasiya orqanları isə Moskvadan Tbilisiyə Rusiyanın “Azimut” aviaşirkətinə uçuşlar üçün icazə verib və daha bir neçəsinin müraciətinə baxdıqlarını bildiriblər.
Busaat.az























