Aİ ilə İngiltərə arasında müqavilə imzalandı

Aİ ilə İngiltərə arasında müqavilə imzalandıbackend

Avropa İttifaqı (Aİ) liderləri “Brexit”dən sonrakı dövrdə ticarət əlaqələrini müəyyənləşdirmək üçün Böyük Britaniya ilə müqavilə imzalayıb.

Busaat.az  xəbər verir ki, Aİ-Böyük Britaniya Ticarət və Əməkdaşlıq Sazişinin imzalanma mərasimi Brüsseldə baş tutub.

Aİ adından Avropa Şurası rəhbəri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyen iştirak edib. Müqavilənin bu gün Londona çatdırılması və İngiltərə Baş naziri Boris Conson tərəfindən imzalanması gözlənilir.

Avropa Parlamenti (AP) tərəfindən hələ təsdiqlənməmiş razılaşmanın 1 yanvar tarixində qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Böyük Britaniya yanvarın 31-də rəsmi olaraq Avropa İttifaqı ilə yollarını ayırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90