Aİ İrana qarşı pilotsuz təyyarələrin istehsalı sahəsində əməkdaşlığı qadağan edən yeni sanksiya rejimi tətbiq edib.
Busaat.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub.
“İranın pilotsuz təyyarələrin istehsal imkanlarının genişləndirilməsinə töhfə verə biləcək məhsulların və texnologiyaların Aİ mənşəli olub-olmamasından asılı olmayaraq, İrandakı hər hansı fiziki və ya hüquqi şəxsə birbaşa və ya dolayı yolla satılması, tədarükü, ötürülməsi və ya ixracı qadağandır”, – məlumatda deyilir.
Yeni sanksiyalar rejimi Aİ-nin İranda pilotsuz təyyarələrin istehsalı ilə məşğul olduğunu hesab etdiyi şəxslərə qarşı fərdi məhdudiyyətləri də nəzərdə tutur.
Busaat.az