
Aİ İranla diplomatik kanalları açıq saxlamaq istəyir
Biz İranla diplomatik əlaqə kanallarının açıq qalmasını istəyirik .
Busaat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Nabil Məsrəli məlumat verib.
Diplomatın sözlərinə görə , Qətərin paytaxtında İranın xarici işlər nazirinin müavini Əli Baqiri ilə Avropa İttifaqının Xarici İşlər Xidmətinin siyasi məsələlər üzrə müavini Enrike Moran arasında görüşü keçirilib.
İran mətbuatının məlumatına görə , Baqiri bildirib ki, bu görüşdə tərəflər İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar aparıblar.
Busaat.az























