Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 465 $▼6.97%
  • Ethereum1 738 $▼9.81%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Aİ Komissiyasının sədri Türkiyədəki seçkilərdən danışdı

image-6387125c136976387125c1369816697964446387125c136946387125c13695
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nə gətirəcəyini gözlədiklərini bildirib.

Busaat.az xəbər verir ki, Von der Leyen Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri ilə bağlı sualı cavablandırıb. Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirən fon der Leyen bu ifadələri işlədib:

“Bu seçkilərdə fəallığın çox olması həqiqətən də yaxşı xəbərdir, çünki bu, türk xalqının demokratik hüquqlarından istifadə edərək səsvermədə iştirak etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci tura baxmaq lazımdır. Bununla bağlı açıqlamaları çox diqqətlə izləyirik. İkinci turun nə gətirəcəyini görməliyik”.

AB Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir etdiyini bildirib. Demokratik ölkələrdə seçki prosesinin əhəmiyyətinə işarə edən Mişel bu prosesin nəticəsini izləyəcəklərini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109658