
Aİ-nin Ukraynaya qarşı xüsusi məsuliyyəti var - Ursula fon der Leyen
Avropa İttifaqının Ukrayna üçün uzunmüddətli perspektivdə “xüsusi məsuliyyəti” var.
Busaat.az Reuters-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib..
“Bu, Ukraynanın həyati ehtiyacları üçündür. Ancaq gələcək haqqında danışaq. Avropa İttifaqının üzərinə xüsusi məsuliyyət düşür”, – fon der Leyen deyib.
“Ukraynalılar bizə deyirlər ki, gələcəklərini təsəvvür edəndə şəhərlərində Avropanın bayrağının dalğalandığını görürlər.Mən şübhə etmirəm ki, Ukrayna bizim ittifaqın bir hissəsinə çevriləcək”, – diplomat əlavə edib.
Busaat.az























