
Aİ-nin xarici işlər nazirləri gələn həftə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcəklər
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri gələn həftə Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edəcəklər.
Busaat.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 23-də Lüksemburqda Aİ-nin diplomatik departamentinin rəhbəri Xosep Borrelin sədrliyi ilə Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.
Natiq Kərimli,
Busaat.az























