
Aİ ölkələri Rusiya əleyhinə sanksiyaların 9-cu paketi ilə bağlı yenidən razılığa gələ bilmədi – Reuters
Aİ ölkələri yenidən Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Busaat.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Polşa və bir sıra digər Avropa ölkələrinin paketə etirazları davam edib.
“Çərşənbə günü danışıqlar baş tutdu və ölkələr razılığa yaxınlaşdılar, lakin Polşa və bəzi digər ölkələrin hələ də etirazları var” – deyə, AB diplomatı Reuters agentliyinə bildirib.
Yeni layihənin cümə axşamı gecəsi yayılacağı gözlənilir.
Busaat.az























