Aİ ölkələri Rusiya neftinə “ən yüksək qiymət” tətbiq etməyə razılaşdılar

image-neftbackend

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel həddində “ən yüksək qiymət” tətbiq etməyə razılaşıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Çexiya rəsmiləri paylaşıb.

Məlumata görə, üzv dövlətlərin nümayəndələrinin Rusiya neftinin “ən yüksək qiymət”i ilə bağlı razılığa gəldiyi bildirilib.

Qərarın Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcəyinə diqqət çəkilib.

Qeyd edək ki, bir müddətdir G7 və Aİ ölkələri Rusiya neftinə”ən yüksək qiymət” tətbiq etmək üçün danışıqlar aparırdılar.

G7 ölkələri keçən həftə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin “ən yüksək qiymət”ini 65-70 dollar arasında müəyyən etməyi təklif edib.

Aİ daxilində, xüsusən də Polşa, Litva və Estoniya daha aşağı tavan qiymət təyin etmək üçün çalışırdılar və bu lazımi qərarın qəbul edilməsinə mane olurdu.

Rusiya neftinin nəqlində mühüm rol oynayan və əhəmiyyətli gəlir təmin edən Yunanıstan, Malta və Cənubi Kipr Rum İdarəsi (GCA) “ən yüksək qiymət”in daha yüksək səviyyədə təyin olunmasını istəyib.

Aİ Komissiyası üzv dövlətlər arasında danışıqlarda konsensusa nail olmaq üçün Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barreli üçün “ən yüksək qiymət”in 60 dollar olaraq tətbiq edilməsini təklif edib.

Bundan əlavə, Rusiya neftinin 60 dollarlıq qiymətinə əlavə olaraq yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq. Bu mexanizm Rusiya neftinin qiymətinin dünya bazarındakı qiymətlərdən 5 faiz aşağı saxlanılmasını təmin edəcək.

Rusiya neftinə tətbiq edilən tavan qiymət hər 2 aydan bir yenidən qiymətləndiriləcək.

Rusiya dünya neft hasilatının təxminən 10%-ni istehsal edir.

Digər tərəfdən, Rusiya rəsmiləri “ən yüksək qiymət” tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki