
Aİ ölkələri və Avropa Parlamenti sursat istehsalına 500 milyon avro ayırmağa razılaşıb
Avropa İttifaqı ölkələri və Avropa Parlamenti Aİ-nin müdafiəsini gücləndirmək və Ukraynaya kömək etmək üçün sursat istehsalı üçün təcili 500 milyon avronun ayrılması haqqında saziş imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
“Bu, Aİ-nin Ukraynaya dəstəyini davam etdirdiyinin, Aİ-nin müdafiəsini, onun texnoloji və sənaye bazasını gücləndirdiyinin, Aİ vətəndaşlarının uzunmüddətli təhlükəsizliyinə zəmanət verdiyinin daha bir sübutudur”, – məlumatda deyilir.
Bununla belə, Aİ Şurasına sədrlik edən İspaniya hakimiyyəti bildirib ki, sazişin hələ də Avropa Birliyi ölkələri və Avropa Parlamenti tərəfindən təsdiqlənməsinə ehtiyac var. AP qeyd edib ki, sövdələşmə ciddi maneələrlə üzləşməməli və iyulun sonuna qədər tamamlanmalıdır.
Busaat.az























