Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.39 $▲1.05%
  • WTI neft86.63 $▲1.12%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.293 $▲2.49%
  • Qızıl4 056 $▼1.68%
  • Gümüş52.46 $▼1.47%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.00 ¢▲0.89%
  • Bitcoin73 650 $▼0.06%
  • Ethereum2 062 $▲0.56%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirir – 18-ci paket hazırlanır

image-img-20210805-wa0007
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) mayın 20-də Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanmasına başlamalıdır.

Busaat.az “Report” “Independent”ə istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edən Aİ eyni gündə 18-ci paket üzərində işə başlamalıdır.

“18-ci sanksiya paketi Rusiyanı həqiqətən də ağrılı yerindən vurmalıdır – enerji, mayeləşdirilmiş təbii qaz, neft, nüvə yanacağı və maliyyə qurumları hədəflərimiz olmalıdır”, – o, “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Aİ-nin 17-ci sanksiya paketi Rusiyanın “kölgə donanması”nın təxminən 200 gəmisini əhatə edir. Bu gəmilər Moskvanın xam neft tədarükünə tətbiq edilən sanksiyalardan yayınmasına kömək etməkdə ittiham olunur.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Rusiyaya qarşı daha sərt sanksiyaları əhatə edən 18-ci paketin hazırlanması barədə bəyanatla çıxış edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164223