
Aİ səfirləri Belarusa qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılığa gəliblər
Aİ yanında Daimi Nümayəndələr Komitəsi (Coreper) Belarusa qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılığa gələ bilib.
Busaat.az xəbər verir ki, bu barədə İspaniyanın Avropa İttifaqı Şurasına sədrliyi “Twitter” səhifəsində məlumat yayıb.
“Bu gün Aİ səfirləri Belarusdakı vəziyyəti və Belarusun Rusiyanın Ukraynaya təcavüzündə iştirakını nəzərə alaraq məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar”, – məlumatda deyilir.
Bildirilib ki, tədbirlər fiziki və hüquqi şəxslərin sanksiyalar rsiyahısına daxil edilməsini nəzərdə tutur.
Busaat.az























